09 may 2024, 10:02

Rahib Nağıyevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Vətənimizin ərazi bütövlüyünün bərpası, müqəddəs Azərbaycan torpağının hər bir guşəsində üçrəngli bayrağımızın qürurla dalğalanması Sizin mətin siyasi iradənizin, dahi sərkərdəlik strategiyanızın nəticəsi və təcəssümüdür.

Qazax rayonunun dörd kəndinin Vətənimizə qaytarılması barədə razılıq əldə olunması xəbəri bizi çox qürurlandırdı və sevindirdi. Sizin müdrik siyasətinizə, tarixi ədalətin bərpasına təkcə xalqımız deyil, bütün dünya şahid oldu. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərinin tezliklə bu kəndlərdə də başlayacağına əminik.

İnanırıq ki, Qərbi Azərbaycanda həsrətlə bizi gözləyən mahallarımıza da tezliklə qovuşacağıq.

Vətənimizin torpaqlarının bütövlüyünün əbədi bərpası üçün Sizə minnətdarıq.

Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Nağıyev Rahib Mirqalib oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.